
Xızıda qaçış üzrə rayon birinciliyi keçirilib
- 28 May 2025 12:00
- 65
Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 26 may 2025-ci il tarixində Xızı şəhərində "28 May - Müstəqillik günü”nə həsr olunmuş atletika idman növünün kros qaçışı üzrə ümumtəhsil müəssisələrinin şagirdləri arasında rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd şəhərdə "28 May - Müstəqillik günü”nün qeyd edilməsi, atletika idman növünün təbliği, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Yarışın qalibləri Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.