Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Sağlam həyat” festivalında Xəzər rayon sakinləri aktiv iştirak edib.

Rekord.az xəbər verir ki, 6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətlə “Sağlam həyat” günləri aprelin 6-dan başlayaraq hər gün saat 10-dan 18-dək aprelin 10-dək davam edib. İştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60+ yaş), iki müxtəlif məkanda – Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayıblar.

Festivalın əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliğidir. Festival günlərində müxtəlif idman növləri üzrə normativləri yerinə yetirənlərə “qızıl“, “gümüş“ və “bürünc“ stikeri olan sertifikatlar təqdim olunub.

9-10 aprel 2023-cü il tarixində Xəzər rayonundan müxtəlif yaş kateqoriyası üzrə 400 yaxın sakin Böyükşor Bulvarında sözügedən tədbirdə iştirak etmiş və normativləri yüksək səviyyədə yerinə yetirərək sertifikatlar qazanmışlar. Bu münasibətlə iştirakçıları təbrik edir, daima sağlam olmalarını arzulayırıq.