Bugünlərdə fəaliyyətini tamamilə dayandıran «Xəzər Lənkəran»a məxsus stadionun satış qiyməti müəyyənləşib.

Rekord.az xəbər verir ki, 2004-2006-cı illər aralığında tikilən arena 30 milyon manata satılır.

Bu ilin martından Türkiyədə həbs həyatı yaşayan Mübariz Mənsimov sahibi olduğu klubu yaşatmaq üçün demək olar bütün rıçaqlarını itirib.

Müflisləşmək həddinə çatan iş adamının «ayağ»ında kifayət qədər borc var. Stadionun satılması həmin bu borc yükünün müəyyən bir hissəsindən xilas olmaqdır. (sportinfo.az)