
“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi
- 12 May 2023 17:30
- 380
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:
30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçusu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.
Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.