"Barselona"nın baş məşqçisi Xavi "Bavariya"nın hücumçusu Robert Levandovskinin Kataloniya təmsilçisinə mümkün transferindən danışıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Levandovski "Barselona"da? Təbii ki, Robert əla futbolçudur, amma diqqətimizi Avropa Liqasında “Ayntraxt”la matça yönəltməliyik. Sualınızı başa düşsəm də,indi cavab vermək üçün yaxşı vaxt deyil".

Qeyd edək ki, "Barselona"nın Levandovski ilə razılığa gəldiyi barədə xəbərlər yayılıb.