Barselona"nın baş məşqçisi Xavi komandasının bu mövsüm əla oyun nümayiş etdirəcəyinə inanır.

Rekord.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:

“Hər gün təzyiq hiss edirəm. Qazansan, əladır, amma uduzsan, biabırçılıqdır. Hər şeyin yaxşı getdiyinə əmin olmaq üçün əlimdən gələni edəcəyəm.

Mən çox həyəcanlıyam və düşünürəm ki, bu, əla mövsüm ola bilər. Mən müsbət şeylər görürəm.

Futbol və top həlledici rol oynayacaq. Biz bütün kuboklar üçün mübarizə aparacağıq.

Transfer pəncərəsindən sonra özümü rahat hiss edirəm. Biz bir komanda kimi çalışdıq.

İndi olduğumuz yerdən razıyıq. Bütün kuboklar üçün mübarizə aparacaq heyətimiz var. İndi isə bunu meydanda sübut etməliyik”.