
Xavi hansı mövqeyə oyunçu istəyir
- 29 Avq 2022 17:30
- 413
"Barselona"nın baş məşqçisi Xavi klubun transfer planlarından danışıb.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis müdafiənin sağ cinahında yeni futbolçunun alınmasının vacibliyini vurğulayıb: "Destdən başqa, sağ cinahda oynamağa öyrəşmiş müdafiəçilərimiz yoxdur. Hər şeyin necə olacağını görəcəyik. Klub da müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir”.
Qeyd edək ki, daha əvvəl "Barselona"nın "Renn"in müdafiəçisi Amari Traoreni almağa hazır olduğu bildirilirdi.