Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin cavab matçında "Roma"nı qəbul edəcək "Bayer"in baş məşqçisi Xavi Alonso oyun öncəsi açıqlama verib.

Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis finala çıxacaqlarına inandığını açıqlayıb: "Romada bərabər səviyyəli oyun oldu. Düşünürəm ki, cavab oyununda da bu cür olacaq. Oyuna çox yaxşı hazırlaşmışıq və son saniyəyə qədər mübarizə aparacayıq. Komandamda o enerjini və əhvval ruhiyyəni görürəm. İnanıram ki, yaxşı mübarizə aparıb finala keçən tərəf olacayıq".