Region Liqasının budəfəki finalı Şamaxıda keçirildi.

Rekord.az xəbər verir ki, ötən ilin yayında yaradılan 2 klub - «Xan Lənkəran» və «Cəbrayıl» bu əyalət rayonunda üz-üzə gəldi.

Həlledici görüş ikincilərin 1:0 hesablı qələbəsiylə başa çatdı.

Finalda şansızlıq yaşayan «Xan Lənkəran»ın mətbuat xidməti Şamaxıdan maraqlı videosüjet hazırlayıb, onu təqdim edirik: