
"Xan Lənkəran" gələcəyi ilə bağlı qərarını verdi
- 25 May 2022 14:00
- 657
Ötən ilin yayında yaradılan «Xan Lənkəran» gələcəyi ilə əlaqəli qərar verib.
Rekord.az xəbər verir ki, "Region Liqası"nda uğurlu mövsüm keçirən klub növbəti mövsümdə də fəaliyyətini davam etdirəcək.
AFFA-nın onunla bağlı hansı addımı atmasından asılı olmayaraq. Bu, o deməkdir ki, federasiya onları I Diviziona buraxmasa belə, cənub təmsilçisi tarixin yaddaşına köçməyəcək.
Ümumiyyətlə, «Xan Lənkəran» rəhbərliyinin yaxın gələcəyi əhatə edən planları çoxdur və bu haqda ictimaiyyətə açıqlamalar veriləcək.