Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub ABŞ-dən olan Eysan Vayli ilə anlaşıb.

195 sm boya malik hücumçu mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

25 yaşlı basketbolçunun son klubu Danimarka “Holbek-Stenhus”u olub.