“Marafon” üçün Alanya sınağı
- 21:15
- 35
Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasının sosial şəbəkə hesabı məlumat yayıb.
Komanda turnirdə TMS (Çin), "Sunrise" (Kiyev, Ukrayna) və "Spartak" (Bolqarıstan) komandaları ilə qarşılaşacaq.
Türkiyənin Alanya şəhərində təşkil olunacaq yarış oktyabrın 26-dan noyabrın 1-dək davam edəcək.