İtaliya millisi ilə Avropa çempionu olmuş Marko Verrattinin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi Qətərin "Əl-Duhail" komandasına keçib.


Onun müqaviləsinin müddəti açıqlanmayıb.


Verratti 2023-cü ildən Qətərdə "Əl-Ərəbi"nin formasını geyinib. O, 2012-2023-cü illlər aralığında PSJ-də 9 dəfə Fransa çempionu olub.


Təcrübəli futbolçu 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanıb.