Vaxtı ilə "Sportinq"də idi, bu gün I liqa komandasına da lazım deyil
- 05 İyl 2024 14:00
- 774
I Liqa təmsilçisi "Karvan" Budaq Nəsirova yeni müqavilə təklif etməyib.
Rekord.az xəbər verir ki, qışda 6 aylıq müqavilə ilə Yevlaxa gələn Nəsirov yeni mövsüm üçün özünə yeni komanda axtarmalıdır.
"Karvan"ın mətbuat katibi Bəhruz Həmidovdan aldığımız məlumata görə, Budaqdan fərqli olaraq, Kinqslə 2 illik yeni müqavilə imzalanıb. Ondan başqa, Bəhruz Teymurovla da 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Budaq Nəsirov bir vaxtlar ölkənin istedadlı gənclərindən hesab olunurdu, hətta Portuqaliyanın "Sportrinq" klubunun düşərgəsinə də getmişdi, orda B komandada forma geyinmişdi. Son mövsümdə "Turan Tovuz"a gəlsə də, heç cürə əsas komandada möhkəmlənə bilməmiş və əvəzedici komandaya göndərilmişdi. Orda da çox duruş gətirməyib qışda I Liqa təmsilçisi "Karvan"a getmişdi.