Bildiyiniz kimi, millimizin sabiq üzvü Vaqif Cavadov “Sumqayıt”ın 16 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılaraq, Qazaxıstana yollanıb. Gənc məşqçi yüksək liqada çıxış edən “Turan”da köməkçi kimi çalışmağa başlayıb.

Rekord.az xəbər verir ki, onun bu hərəkəti “Sumqayıt”da xoş qarşılanmayıb.

Çünki məşqçiliyə yeni başlayan Cavadova ilk qucaq açan Sumqayıt təmsilçisi oldu. Elxan Məmmədovun xahişi ilə Riad Rəfiyev ona iş verdi. Özü də U-16-da baş məşqçi olan, akademiyaya tarixi ərzində yeganə medal qazandıran Zaur Hidayətovu postundan uzaqlaşdırmaq hesabına. Lakin həmin Cavadov əmisi İsgəndər Cavadovun Valeri Qazzayevlə dostlu münasibətindən istifadə edərək ilk addımdaca həmin “Sumqayıt”ı ataraq Qazaxıstana yollanmağı üstün tutdu. Onun bu addımı isə "Sumqayıt"da narazılıqla qarşılanıb.