Yelkiyevdən "Böyük Dəbilqə"də bürünc medal
- 21:00
- 32
Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, Özbəkistanı təmsil edən Dilşodbek Hamroyev ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yerlə kifayətlənib.