"Marafon"dan Azərbaycan Kubokunda ilk
- 13:45
- 37
Azərbaycan Kubokunun 2026/2027 mövsümü ilklə əlamətdar olub.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Marafon" komandası ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə "Dinamo"nu 3:0, ardınca I Liqa klubu "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.
2023/2024 mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.
Qeyd edək ki, "Marafon" dekabrın 1-2-də keçiriləcək 1/8 finalda "Araz-Naxçıvan"ın qonağı olacaq.