"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
- 01:32
- 36
Çempionlar Liqasında çıxış edən qadın voleybolçulardan ibarət “Turan” klubu növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsindən mübarizəya başlamış Tovuz klubunun rəqibi Xorvatiyada “Mladost" kollektivi olub.
Cütün Tovuzda keçirilmiş ilk qarşılaşmasında təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanmışdı. Zaqrebdə baş tutmuş cavab görüş isə kifayət qədər gərgin keçib. Tərəflər hərəyə iki set qazandığından qalibin adına tay-breykdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan komandamız meydandan 3:2 hesabı ilə qalib ayrılıb. Bu qələbə ilə "Turan" həm də yarışda 3-cü mərhələyə keçidini rəsmiləşdirilib.
Komandamızın heyətində ən çox fərqlənən oyunçu 23 xalla Yelizaveta Ruban olub. O, bu xallardan 19-nu hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb. Marta Drpa 20, Yang Hanyu 13, Lee Yaeyeong 11, Ayşən Abduləzimova 8, Mariya Kirilyuk 6, Vilma Salas 2, Ana Cleger 2 xal qazanıblar.
Qeyd edək ki, növbəti mərhələdə "Turan"in rəqibi Bolqarıstanın "Maritza Plovdiv" klubu olacaq.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
"Mladost" - "Turan" 2:3 (22:25, 25:21, 23:25, 25:23, 13:15)