"Marafon" dördüncü matçında da uduzdu
- 19:20
- 37
Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki dördüncü matçında da məğlub olub.
Rekord.az xəbər verir ki, F qrupunda yer alan ölkə təmsilçisi Fransanın "Sevenne" komandasına uduzub.
Matç rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə təmsilçimiz 32 komandanın mübarizə apardığı turniri 25-ci pillədə başa vurub.
"Marafon" İK qrupda daha əvvəl keçirdiyi görüşlərdə Çinin TMS klubuna (2:4), Ukraynanın "Sunrise" (Kiyev) komandasına (6:8) və Bolqarıstan təmsilçisi "Spartak"a (4:4, p. - 1:3) uduzub.