"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında son oyununu keçirəcək
- 12:15
- 35
"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün Polşa çempionu "Piast"la üz-üzə gələcək.
Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, saat 22:00-da start götürəcək.
İlk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.