Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Tovuz klubu bu mərhələdə  Xorvatiyanın “Mladost Zagreb” klubunu 3:0 və 3:2 hesabları ilə məğlub edərək 3-cü mərhələyə yüksəlib.
"Turan"ın hücumçusu, cavab matçının MVP-si seçilən Yelizaveta Ruban oyunla bağlı fikilərini bölüşüb:
"Bütün azarkeşlərimizə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Çox çətin oyun keçdi, amma şükürlər olsun ki, biz qalib gəldik. Həm biz, həm də rəqib komanda çox səhv etdik. Amma nəticə tabloda görünür. Komandamı, məşqçi heyətini və azarkeşlərimizi təbrik edirəm. Hər kəs sağ olsun".