Xəbər verdiyimiz kimi, Niderland milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində Argentina ilə qarşılaşacaq.

 

Rekord.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Lui van Qaal oyun öncəsi mətbuata açıqlama verib.

O, DÇ-2014 Braziliya mundualını xatırladaraq qisas haqda düşündüklərini bildirib: "Çempion ola biləcəyimizi demişəm. 1/4 finaldakı rəqibimiz çox güclüdür, Argentina və Messi haqda əlavə söz deməyə ehtiyac yoxdur. 2014-də bu komandaya uduzduq. Messi topa toxunmadı, amma komandası penaltilərllə bizi keçə bildi. Bu dəfə həmin məğlubiyyətin qisasını almaq istəyirik"

Qeyd edək ki, Niderland - Argentina qarşılaşması 9 dekabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.