“Valensiya” futbolçusunu digər La Liqa klubuna icarəyə verdi
- 28 Dek 2019 13:41
- 661
İspaniyanın “Valensiya” klubu müdafiəçisi Toni Latonu icarəyə verib.
Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçu “Osasuna”ya keçib.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. İspaniyalı futbolçu mövsümün sonuna qədər “Osasuna”nın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Valensiya” Latonu bu mövsümün əvvəlində Hollandiyanın PSV klubuna icarəyə vermişdi. Amma bu komandada cəmi 1 oyun keçirən futbolçu istənilən şansı qazana bilmədiyi üçün, Hollandiya təmsilçisindən ayrılmağa qərar verib.
“Valensiya” La Liqada 18 turdan sonra 28 xalla 8-ci, “Osasuna” isə 23 xalla 12-cidi.