Futbol üzrə Uruqvay yığmasında bir neçə futbolçunun koronavirusa yoluxduğunu xəbər vermişdik.

Rekord.az xəbər verir ki, İtaliyanın “Kalyari” klubunun müdafiəçisi Dieqo Qodin də millinin düşərgəsindən qayıtdıqdan sonra COVİD-19 testindən keçib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı futbolçuda da koronavirus aşkarlanıb. “Kalyari”nin digər futbolçuları ilə kontaktda olmayan müdafiəçi dərhal karantinə alınıb.