Uruqvay millisinin baş məşqçisi Dieqo Alonso DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliyaya qarşı oyundan (0:2) sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, o deyib: “Biz ən yaxşıya inanmalıyıq, çünki bu, hələ son deyil. Uruqvay millisi  qrupdan çıxmaq şansını itirməyib. Növbəti matçda da üç xal qazanıb daha da irəli getmək üçün əlimizdən gələni edəcəyik. İndi Portuqaliyaya məğlubiyyəti qəbul etməliyik və Qana ilə oyuna hazırlaşmalıyıq".

Qeyd edək ki, Uruqvay H qrupunda 1 xalla sonuncudur. Komanda son oyununu Qanaya qarşı keçirəcək.