"Qalatasaray"ın legioneri sıradan çıxdı
- 14:31
- 43
Türkiyənin "Qalatasaray" klubunun zədəli futbolçusu Rafael Leaonun durumu açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Portuqaliyalı oyunçunun qasıq əzələsində gərilmə aşkarlanıb. O, sabah növbəti dəfə tibbi müayinələrdən keçəcək.
Xatırladaq ki, Rafael Leao ötən gün Super Liqanın 8-ci turunda "Gənclərbirliyi" ilə matçda sıradan çıxıb. 61-ci dəqiqədə oyuna girən futbolçu 77-ci dəqiqədə əvəzlənib.