Azərbaycan cüdoçularından Aktauda 8 medal
- 23:03
- 34
Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.
Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) isə bürünc medal qazanıblar.
İki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.