Haland İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
- 13:00
- 34
"Mançester Siti" klubunun futbolçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.
Rekord.az xəbər verir ki, hücumçu bunu VII turda "İpsviç"ə qalib gəldikləri (3:2) matçda dubl etməklə bacarıb.
Norveçli forvard Premyer Liqada penaltilər istisna olmaqla, 100 qol həddinə ən tez çatan oyunçu olub.
O, çempionatdakı 139-cu matçında bunu bacarıb. Bu isə turnir tarixindəki ən sürətli göstəricidir.
Xatırladaq ki, "Mançester Siti" hazırda 21 xalla Premyer Liqanın lideridir.