Məqsəd İsayevin yeni klubu bəlli oldu
- 19:30
- 41
“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, əyalət klubu Məqsəd İsayevi heyətinə qatıb.
Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.
32 yaşlı təcrübəli futbolçunun son klubu “Kəpəz” olub. İsayev daha öncə “Neftçi”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Səbail”, “Qəbələ” və “Zirə” kimi komandalarda çıxış edib.