Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veteran kişi voleybolçular arasında I Kubok turniri bu gün başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman  zalında təşkil olunan yarışın son günü iki qarşılaşma keçirilib.

“İceland" komandası “Algo Beach”lə, "Bosşelf" isə “Saatlı” kollektivi ilə üz-üzə gəlib. Hər iki matçda 2:0 hesabı qeydə alınıb. “Algo Beach” və “Saatlı” komandaları turnirin son günündə meydandan qalib ayrılıblar. 
Beləliklə, dörd komandanın mübarizə apardığı turnirin nəticələrinə görə keçirdiyi bütün matçlarda qalib gələn “Saatlı” yarışın kubokunu qazanıb. “Bosşelf” ikinci, “Algo Beach” üçüncü, “İceland” isə sonuncu olub. 

Qarşılaşmalardan sonra  mükafatlandırma mərasimi baş tutub. Komandalara kubok, medallar və diplomlar təqdim olunub.