Avropa Konfrans Liqasının “İnstagram” səhifəsi Azərbaycan çempionu "Qarabağ"la bağlı paylaşım edib.

Rekord.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin bu mövsüm Misli Premyer Liqasında məğlub olmadığı vurğulanıb: 

“Qarabağ” liqada məğlubedilməzdir. 16 oyun, 14 qələbə, 2 heç-heçə".

Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçika "Gent"i ilə qarşılaşacaq. Komanda ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

“Qarabağ” bu mövsüm Azərbaycan çempionatında 44 xalla vahid liderdir.

​​​​​​​