UEFA Millətlər Liqası: “Dördlər finalı” bu ölkədə baş tutacaq
- 29 Noy 2022 15:45
- 373
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə bəlli olub.
Rekord.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.
Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.
Püşkatma mərasimi yanvarda baş tutacaq. "Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.