
UEFA Azərbaycan klublarına ödəniş etdi
- 15 İyl 2025 17:30
- 55
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.
Rekord.az xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Beləliklə, "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min 111 avro çatıb.