“Ucaboy oyunçumuz olmadığına görə dəyişikliklər edə bilmədik”
- 18:00
- 38
“Şamaxı” bu gün Misli Premyer Liqasının 20-ci turunda “Turan Tovuz”u qəbul edib.
Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Abbasov maraqlı, mübarizəli oyun olduğunu bildirib:
“Maraqlı, mübarizəli oyun oldu. Bilirdik ki, rəqib qələbə üçün gəlmişdi. Biz də ötən oyunda acı məğlubiyyət yaşadıq. “Qəbələ” məğlubiyyətindən sonra komanda yaxşı toparlanıb. İlk hissədə daha yaxşı çıxış etdik. Qol vəziyyətlərimiz oldu, yararlana bilmədik.
Bizim üçün hər xal vacibdir. Növbəti oyunlara hazırlaşacağıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşıdır. Ehtiyat oyunçularımız arasında hündürboylu oyunçumuz yox idi. Ona görə də, dəyişikliklər edə bilmədik”.