"LANDAU Lions" Danimarka komandasına uduzdu
- 21 Okt 2026 23:59
- 29
Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Danimarkada yerli "Bakken Birs"lə qarşılaşan Erhan Tokerin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 88:91.
Xatırladaq ki, "LANDAU Lions" daha əvvəl G qrupunda İsveçrənin "Lions de Geneve" komandasına (83:105) və Slovakiyanın "Prievidza" klubuna məğlub olub- 84:108.