Premyer-liqada mövsümün tapıntılarından biri də Fuad Bayramovdu.

Rekord.az xəbər verir ki, sol cinah müdafiəçisi "Şamaxı"nın heyətində özünü yaxşı tərəfdən göstərə bilir. Bu da onun diqqət mərkəzinə düşməsinə səbəb olub. Redaksiyamıza 21 yaşlı futbolçu ilə bağlı məlumat daxil olub. Futbolçuya yaxın mənbədən əldə etdiyimiz informasiyaya görə, Fuadla premyer-liqanın 3 klubu yaxından maraqlanır.

Football-plus.az xəbər verir ki, bunlar "Sumqayıt", "Səbail" və "Qəbələ"di. Hətta "gəmiçilər"in baş məşqçisi Mahmud Qurbanov mövsümün əvvəlindən Fuadı sərəncamında görmək istəsə də, sonda keçid baş tutmayıb.

Qeyd edək ki, müdafiəçinin "Şamaxı" ilə 2024-ci ilin yayına kimi müqaviləsi var. ("Futbol plus")