
U-21-ə pul mükafatı vəd verilib
- 24 Mar 2022 12:00
- 653
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. AFFA rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və və Belarusa qarşı yoldaşlıq matçında komandaya uğurlar arzulayıb.
Rekord.az-a daxil olan məlumata görə, görüşdə pul mükafatı ilə bağlı vəd də verilib.
Məbləğ açıqlanmasa da futbolçuların razı qalacağı bildirilibə Yetər ki, onlar hər iki oyundan qalib ayrılsın.
Qeyd edək ki, U-21 martın 25-də Estoniya, 29-da isə Belarus yığması ilə üz-üzə gələcək.