Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin müqaviləsinin müddəti uzadılıb.


Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.


52 yaşlı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.


Tuxel 2024-cü ilin oktyabrında İngiltərə millisinə baş məşqçi təyin olunub.