Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız Sport Beach Turkiye turnirində iştirak ediblər. "Rekord.az" xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb. 

3 qadın və  3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü birinci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın üçüncüsü olub.

A Liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü dördüncü yeri tutub. 

Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyada hazırlıqları davam edir.