Futbol üzrə Türkiyə yığması ciddi itkilərlə üzləşib.

Rekord.az xəbər verir ki, “ay-ulduzlular”ın kapitanı Emre Belözoğlu, Abdulkadir Parmak və Efecan Karaca sıradan çıxıb.

Hər üç futbolçu zədədən əziyyət çəkir. Artıq baş məşqçi Şenol Günəş Abdulkadirlə Efecanın yığmanın düşərgəsini tərk etməsinə qərar verib. Onlar AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə səfər oyununa aparılmayacaqlar.

Parmakla Karacadan fərqli olaraq, Emre Fransaya aparılacaq. Bir neçə gün öncə baş tutan Albaniya ilə ev oyununda qabırğası qırılan futbolçu öz istəyi ilə millinin düşərgəsində qalmağa qərar verib. 

Qeyd edək ki, sabah keçiriləcək Fransa – Türkiyə oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.