Əli İskəndərli Azərbaycan idman tarixində ilkə imza atdı
- 17:00
- 36
Deflimpiyaçı atıcı Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycanın idman tarixində ilkə imza atıb.
Rekord.az xəbər verir ki, o, Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda buna nail olub.
Azərbaycanın deflimpiyaçı atıcıları ölkə idmanı tarixində ilk dəfə eşitmə qabiliyyəti məhdud olan şəxslər arasında atıcılıq növü üzrə Avropa çempionatında mübarizə aparır.
Turnirdə 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada təmsilçilərimiz də daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 atıcı iştirak edir.
Deflimpiya atıcılıq növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə qüvvəsini sınayan Əli İskəndərli və Nicat Əzimov çempionatın final mərhələsinə vəsiqə qazanıblar.
Qitə birinciliyini Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə başa vurub.