Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər də mübarizəyə qoşulub. 

Mundialdakı yeganə qadın təmsilçimiz Türkan Nəsirova (50 kq) 1/8 finalda yapon Kika Kaqataya məğlub olub - 0:10.