
“Turan Tovuz”un “Traktor”la yoxlama matçının tarixi bəlli oldu
- 16:00
- 53
Yeni mövsümə türkiyədə hazırlaşan "Turan Tovuz"un İranın "Traktor" klubu ilə keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən mlumat verilib.
İran çempionatının son qalibi ilə görüş iyulun 29-da baş tutacaq.
Qarşılaşmanın başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.