
"Turan Tovuz"un həfəfində olan 4 futbolçu: Premyer Liqaya çıxsalar ÖZƏL!
- 03 Mar 2022 13:00
- 1070
AFFA "Turan Tovuz"u Premyer Liqaya buraxsa, komandanın heyətində köklü dəyişikliklər olacaq.
Rekord.az xəbər verir ki, hazırkı heyət demək olar ki, tamamilə yenilənəcək.
Tovuz təmsilçisi ilk növbədə təcrübəli tovuzlu futbolçuları doğma rayona qaytarmağı düşünür ki, bu işlərlə də bilavastə komandanın icraçı direktoru Nadir Nəbiyev məşğul olacaq. Hədəfdə olan futbolçulara gəlincə, saytımıza daxil olan məlumata görə, artıq dörd futbolçuya şifahi olaraq təklif göndərilib. Bunlar "Sumqayıt"da ehtiyatda daha çox vaxt keçirənlər Vurğun Hüseynov, Elvin Məmmədov, eləcə də "Səbail"dən Cavid Tağıyev və "Zirə"dən Kamal Bayramovdu.