Məlum olduğu kimi, hazırkı Tovuz stadionunun ərazisində komanda üçün ehtiyat meydançanın salınması nəzərdə tutulub.

Rekord.az xəbər verir ki, əslində arenanın sol hissəsində, qapı arxasında ehtiyat meydança var.

Sadəcə, ölçüləri kiçik olduğundan böyüdülərək standard ölçülərə gətirilməsi gündəmdədir. Əldə etdiyimiz son məlumata görə bu mövsüm üçün bu işləri çatdırmaq mümkün olmayacaq. Lakin növbəti mövsümün startına kimi "Turan Tovuz"un standardlara cavab verən ehtiyat meydançası da tam hazır olacaq.