"Turan Tovuz"la "Sabah" yarımfinalda!
- 21:00
- 36
Bu gün Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Kəpəz” “Turan Tovuz”u qəbul edib. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə də inamlı qələbə qazanmış "Turan Tovuz" yarımfinala yüksəlib.
Sonuncu görüş isə “Qəbələ” ilə “Sabah” arasında keçirilib. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılmışdılar. Altı qolluq cavab görüşündə də bərabərlik qeydə alınıb. Penaltilər seriyasında daha dəqiq olan "Sabah" sonuncu yarımfinalçı olub.
Daha öncə “Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni təmin ediblər.
Bizon Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
5 mart
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Xorxe Silva, 13. Hayderson Hurtado, 51.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Yevlax şəhər stadionu.
Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 30. Ruslan Quliyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Məşqçi: Ruslan Abışov.
“Qəbələ” – “Sabah” 3:3
Qollar: İsmael Akinade, 88; 90. Nuğay Rəşidov, 114 – Timoteuş Puxaç, 31; 62. Coy Lens Mikels, 105.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 14. Domi Massumu, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 83. Stefan Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 22. Zinedin Uld Xaled, 7. Umarali Rahmonaliyev, 53. Andrey Santos, 19. Aaron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.