“Qəbələ” Misli Premyer Liqasının XXXIV turunda qarşılaşacağı “Turan Tovuz”la ev oyununa hazırlıq prosesini başa vurub.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Turan Tovuz” qarşılaşması saat 18:00-da başlayacaq.