
"Turan Tovuz"dan şəhid futbolçusunun ruhuna böyük jest FOTO
- 10 Noy 2022 17:00
- 563
"Turan Tovuz" klubu növbəti nəcib addımını atıb.
Rekord.az xəbər verir ki, klub tərəfindən Tovuz şəhər stadionunun ərazisində şəhid İlqar Zeynallının abidəsi qoyulub.
Eyni zamanda bazada yerləşən təlim-tədris meydançası da elə şəhidin adına verilib.
Qeyd edək ki, İlqar Zeynallı özü də vaxtı ilə futbolçu olub və "Turan Tovuz"un şərəfini qoruyub.