"Turan Tovuz"dan qələbə
- 20:30
- 34
Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“İmişli” “Kəpəz”lə qarşılaşıb. Qubada keçirilən oyunu Fərid Hacıyev idarə edib. Bu görüşdə qapılara qol vurulmayıb.
“Turan Tovuz” isə “Karvan-Yevlax”ı sınağa çəkib. “Azersun Arena”da keçirilən oyunu Vüqar Həsənli idarə edib. Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Daha öncə keçirilmiş oyunlarda “Sabah” “Araz-Naxçıvan” 4:1 hesabıyla qalib gəlib, “Sumqayıt” “Zirə”yə uduzub – 2:3. “Şamaxı” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
19-cu tur
9 fevral
“İmişli” – “Kəpəz” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
Quba OİK stadionu, 14:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.
“Turan Tovuz” – “Karvan-Yevlax” 1:0
Qol: Alexandro Serrano, 15-pen.
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
“Azersun Arena”, 18:30.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 90. Joarlem Santos, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.
Karvan-Yevlax: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 42. İbrahim Qədirzadə, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.