“Turan Tovuz”a qarşı yaxşı oyun göstərdik”
- 19:00
- 30
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
“Öz oyunçularımı təbrik etmək istəyirəm, yüksək səviyyədə yaxşı çıxış etdik. “Turan Tovuz” son oyunlarda məğlub olmur, onlara qarşı yaxşı oyun göstərdik. Çətin oyun bizi gözləyirdi, gözlədiyimiz kimi də alındı. İntensiv oyun oldu. “Turan Tovuz” avrokuboklarda oynamağı hədəfləmiş komandadır, oyunçuları daha təcrübəli, üstündür. Lakin bizim yarımmüdafiə xəttimiz onların kəskin hücumlarının qarşısını ala bilirdi.
Birinci hissədə hücum cəhətdən epizod yarada bilsək də, ikinci hissədə daha çətin oldu. “Turan Tovuz”un oyunçuları səviyyə baxımından üstündür. Lakin bu o demək deyil ki, biz hücumu dayandırmalıyıq. Qələbə üçün çıxmışdıq, lakin bu nəticədən də razıyıq. Çətin rəqibə qarşı xal qazandıq.
Bu çempionat “İmişli” kimi komanda üçün çətindir və bəzi oyunlarda bəxt amilinin bizə qarşı olmasını nəzərə almalıyıq. Hər oyuna qalibiyyət üçün çıxırıq. 3 xalı qazanmaq bizim üçün vacib məsələdir.
Biz son 8 oyunun 2-sini uduzmuşuq. “İmişli” kimi məqsədli komanda üçün bu xalları itirməmək deməkdir. Bu təbii ki, rahat vəziyyət deyil, hər oyuna qalib gəlmək üçün hazırlaşırıq.
Çempionatın axırına gəldikdə, son 11 oyun bizim üçün çətin olacaq, zədələrimiz var. Lakin biz məqsədlərimizə uyğun gedirik və mübarizə aparacağıq”.